13 C
Baku
Saturday, May 18, 2024

“72 günə dövri-aləm”

Dünya ədəbiyyatında özünə populyarlıq qazanmış Fileas Foqq mərci (“80 günə dövri-aləm”) böyük kütlənin heyrətinə və marağına səbəb olmuşdu. Real həyatda Foqqun rekordunu qırmaq şansı ilk dəfə amerikalı jurnalist xanım Nelli Blay-a qismət olmuşdu. Jurnalist qadın 1888-ci ildə News of the World-dakı redaktoruna (Pulitçer)  onu Jül Vernon əsərindəki marşrut üzər məzuniyyətə göndərməsini təklif edir. Nelli razılıq əldə edir və kiçik bir çemodan və 200 funt ilə səfərə hazırlaşır. 

Nelli səfərə hazırlaşdığı vaxt Cosmopolitan jurnalı da belə bir cəhdlə maraqlanır və öz namizədlərini irəli sürürlər. Onların namizədi isə əks istiqamətdə hərəkət edərək Yer kürəsini dövr etməli idi. Nəticədə qadınlardan hansının təyinat məntəqəsinə ilk çatacağı ilə bağlı mərc edilməsi qərara alınır.

14 noyabr 1889-cu ildə Nelli Augusta Victoria transatlantik laynerinə minir və yola düşür. Əlbəttə real həyatda onu Jül Vernin əsərindəki macəralardan daha az macəralar gözləyirdi. Lakin bununla belə o bəzi qatarlara gecikir, Çində cüzam xəstələrinin olduğu koloniyalara baş çəkir, Sinqapurda əl ilə düzəldilmiş meymun alır və ən əsası Jül Vern ilə görüşür. Nelli bütün gördükləri barədə məlumatı jurnala teleqram vasitəsilə bildirirdi. Pulitçer isə oxucular üçün xüsusi xidmət də yaradır. Bu zaman bəhslər edilir və Nellinin təyinat məntəqəsinə nə vaxt çatacağı ilə bağlı mərcə pullar qoyulurdu.

images (1)

21 yanvarda Sakit okeanda baş vermiş tufan səbəbindən iki gün gecikən Nelli ABŞ-a gəlib çatır. Lakin o hələ digər sahilə keçməli idi. Jurnalist qadın adi qatarla gəlməli olsaydı heç bir halda 80 günü vaxtında tamamlaya bilməyəcəkdi. Lakin Pulitçer onu gətirməsi üçün şəxsi qatar göndərir və bununla da Nelli lazım olduğu vaxtdan 8 gün əvvəl gəlib çatır! Onun Cosmopolitan jurnalından olan rəqibi isə bu zaman Atlantik okeanında ilişib qalmışdı və təbii ki, mərci də uzumalı olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər