13 C
Baku
Friday, May 17, 2024

72 saatlıq planlama

Elə ki siz, özünüz üçün hədəf müəyyən etdiniz –nəyə və necə nail olacaqsınız, siz elə həmin anda da onun icrasına keçməlisiniz. Azərbaycan mentalitetinin qüsurlu tərəflərindən biri də odur ki, insanlar öz həyatları və hədəfləri barədə arzu qurmağı xoşladığı halda onlara nail olmaqdan ötrü heç nə etmirlər.

Yalnız insanların xəyallarında və təsəvvürlərində qalan “böyük zirvələr”in şahid olduğumuz halların sayı elə çoxdur ki. Onda görə də əgər siz ilk 72 saat ərzində öz arzunuzun reallaşması üçün fəaliyyətə keçmirsinizsə, onda rahatlıqla ondan imtina edib, zibil qutusuna ata bilərsiniz. Niyə?

Məsələ ondadır ki, insan beyni elə proqramlaşdırılıb ki, əgər hər hansı bir ideya onun sahibinin fəaliyyətə keçməsi üçün motiv rolu oynamadısa, onda beyin bunu belə qavrayar: «Sahibimiz, sadəcə müəyyən mənzərəni görür, amma o hər hansı bir hərəkətə keçmir. Demək bu, onun üçün o qədər əhəmiyyətli deyil!» Beləliklə insan getdikcə, öz arzusunun reallaşmasının mümkünlüyünə inanmır.

Ona görə də əgər arzunuzun reallığına inanmaq istəyirsinizsə, onda 72 saat ərzində öz arzunuzu həyata keçirməyə başlayın. Bu o demək deyil ki, siz onu 72 saat ərzində gerçəkləşdirməlisiniz, siz sadəcə bu istiqamətdə ilkin addımları atmalısınız. Əks təqdirdə, sizin arzunuz, elə arzu olaraq qalacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər