2 C
Baku
Thursday, February 29, 2024

75 il ərzində ilk dəfə ABŞ-da neft idxalı neft ixracını üstələdi

Keçən həftə ərzində ABŞ 211 min barel artıq  neft və neft məhsulları ixrac etdi. Banker.az xəbər verir ki, bunu ABŞ-ın Enerji Nazirliyinin məlumatlarına istinad edərək  Bloomberg bildirir. Bloomberg qeyd edir ki, bu hal, 75 il ərzində ilk dəfədir ki baş verib. Bu, əsasən, ABŞ-da qısa bir müddət ərzində eyni anda neft və neft məhsulların idxalının azalması, ixracının isə rekord səviyyəyə çatması ilə bağlı olmuşdur.

Xammal bazarlarında davam edən dəyişkənliyi nəzərə alaraq agentlik gələcəkdə ABŞ-ın  daha çox neft alacağını proqnozlaşdırır. Eyni zamanda agentlik bildirib ki, 2018-ci ildə idxal sahəsində artım  gündə orta hesabla 3 milyon bareldən çox olub, 2005-ci ildə isə bu rəqəm gündə 12 milyon barelə çatırdı.

Strateji Enerji və İqtisadi Tədqiqatların araşdırma şirkətinin prezidenti olan Maykl Linç, “Biz dünyanın enerji sektorunda aparıcı gücə çevrilirik” fikrini söyləyib. “Lakin, dəyişikliklərin mütərəqqi xarakter daşıması səbəbindən, bunun gerçək bir inqilaba gətirəcəyini  düşünmürəm. Buna baxmayaraq, OPEK ölkələri neft istehsalının azaldılması barədə düşündüyü zaman bu məqamı mütləq nəzərə alacaqdır”, – 1977-ci ildən etibarən xammal bazarının meyllərini öyrənən ekspert əlavə edib.

Lakin, OPEK ölkələrinin nazirləri cümə axşamı Vyanada keçirilən iclasda 2019-cu ildə neft istehsalının nə qədər azaldılması  razılığa gelə bilməyiblər.

Son xəbərlər
Digər xəbərlər