4 C
Baku
Friday, March 29, 2024

8 mart Beynəlxalq qadınlar gününün tarixçəsi

Klara Setkin həyatı boyu qadınların haqqları uğrunda mübarizə aparıb. Onun adı Beynəlxalq qadınlar günü ilə bağlıdır.

Almaniyanın və beynəlxalq sosialistik və qadın hərəkatının ən məşhur xadimlərindən biri Klara Setkin (Clara Zetkin) XX əsrin tarixinə yalnız fəal kommunist kimi deyil, həmçinin Avropada qadınların haqqlarının tanılmasında mühüm rol oynamış islahatçı bir qadındır. Sovet vaxtında Setkinin əsas nailiyyəti onun təklifi ilə Beynəlxalq qadın gününün yaradılmasında idi.

Klara Setkin 1857-ci ildə kiçik Sakson şəhəri Viderauda kənd müəllimi ailəsində anadan olmuşdu. Hələ gənc yaşındaykən Klara öz həmyaşıdları arasında fərqlənirdi: 9 yaşında o, Höte və Şilleri oxumuşdu, 12 yaşında isə tarixçi Tomas Karleylin «Fransız inqilabının tarixi» əsərindən müəyyən hissələri əzbərdən deyirdi.

0014

Siyasətdə ilk addımları

Leypsiq pedaqoji gimnaziyanın tələbəsi olarkən Klara Setkin gizli sosial-demokratların gizli iclaslarında iştirak edirdi və 1878-ci ildə Sosial əmək partiyasının sıralarına qoşulmuşdu. Elə həmin dövrdə o, öz gələcək həyat yoldaşı – rus inqilabçısı- emiqrantla Osip Setkinlə tanış olmuşdu. Bir müddətdən sonra Klara Osip Setkinlə birgə Zürixə köçməli olmuşdular.

1882-ci ildə Setkinlər Parisə köçür və burada partiya fəaliyyəti ilə məşğul olmağa davam edirlər. Sosial demokratik qəzetlərdə tərcümələr edərək onlar özlərini təmin etmə üçün pul qazanırdılar. Osip 1889-cu ildə vərəmdən vəfat etmişdi. Klara ilə Osipin iki oğlu var idi.
Klaranın uzun illər boyu Setkin soyadı ilə imza atmasına baxmayaraq onun Osiplə rəsmi nikahı yox idi.

Qadınların hüquqları üzərində mübarizə

Fransada yaşayarkən Klara Setkin fəal şəkildə 1889-cu ildə Parisdə 2-ci Beynəlxalq Qurucu Konqresinin hazırlanmasında və iştirak etmişdi. Burada o, inqilabi mübarizədə qadınların rolu haqqında çıxış ilə çıxış etmişdi. Bundan sonra, Almaniyada sosial demokratları tətbiq etməkdən imtina edildikdən sonra, Klara öz vətəninə qayıdır. Və burada 1892-ci ildən etibarən Ştutqartda qadınlar üçün «Bərabərlik» qəzeti dərc etməyə başlamışdı.

1907-ci ildə Klara Setkin ASDP-nın qadın bölməsinə rəhbərlik edir və Roza Lüksemburq ilə birlikdə qadınların hüquqları haqqında çıxış edirdilər.  1910-cu ildə Kopenhagendə qadın sosialistlərin Beynəlxalq konfrasında Setkinin təklifi ilə Beynəlxalq qadın gününu qeyd edilməsi haqqında qanun qəbul edilmişdi. Daha sonra Nyu-Yorkda 8 Mart 1857-ci ildə geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etdikləri tarixdə hər il qadınlar günü qeyd olunmağa başladı.

NA4519f89V4j66TLpYLKIR4wijY6Q2

Son sığınacaq-Sovet İttifaqı

1917-ci ildə Birinci Dünya müharibəsinə qarşı çıxışlarına görə ASDP-nin rəhbərliyi Setkini «Bərabərlik» qəzetinin redaksiyasından uzaqlaşdırır. Elə həmin ildə Setkin AMSDP-nın yaradılmasnda iştirak etmişdi, 1918-ci ilin dekabrında isə AKP-nın əsasının qoyulmasından sonra Klara AMSDP-nin işçi üzvlərinin AKP-nin sıralarına qoşulmasında fəal iştirak edirdi.

1920-ci ildən 1933-cü illərə qədər Setkin daim Kommunistik partiyanın deputatı seçilirdi və paralel olaraq Kominternanın Beynəlxalq qadın katibliyinə rəhbərlik edirdi. 1920-ci ildə Klara Setkin ilk dəfə SSRİ-yə köçür və burada Lenin və Krupskaya ilə tanış olur. Növbəti illərdə Setkin Komiternanın konqreslərində iştirak etmək üçün tez-tez Moskvaya gedirdi. Lenin və Krupskya ilə Setkini dost əlaqələri bağlayırdı.

1923-cü ilin iyulunda reyxstaqa vaxtından əvvəl seçkilərdə milli sosialistlər Almaniya parlamentində üstünlük təşkil edirlər. Reyxstaqın baş deputatı kimi Klara Berlinə gedir və orada nasizmin təhlükələri haqqında çıxış edir və hər kəsi antifaşist cəbhə yaratmağa dəvət edir. Almaniyanın sol partiyaları ləğv edildikdən sonra Setkin SSRİ-yə sürgün edilir.

1933-cü ilin 20 iyununda Klara Setkin Moskva ətrafında, Arxangelsdə, 76 yaşındaykən vəfat etmişdi. İnqilabçı qadının dəfn etmə seremoniyasında 600 mindən çox insan iştirak etmişdi.
Setkinin qalıqları Moskvada Qızıl meydanda Kreml divarında yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.