-1 C
Baku
Saturday, December 14, 2024

8 sığorta şirkətinin ödənişləri artıb – Siyahı

2021-ci ilin fevralında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 9-nin ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat və Aqrar Sığorta ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Dövlət Sığorta Kommersiya” şirkəti (8 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “Qala Sığorta” (artım 12%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “Rəvan Sığorta” və “İpək Yolu Sığorta” şirkətində (87% azalma), ən az azalma isə “Xalq Sığorta” şirkətində (9% azalma) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Rəvan Sığorta” ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.

24

Son xəbərlər
Digər xəbərlər