2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 9-nin ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Xalq Həyat və Aqrar Sığorta ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Dövlət Sığorta Kommersiya” şirkəti (11.4 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “A-Qroup Sığorta” (artım 12%).
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “Rəvan Sığorta” şirkətində (87% azalma), ən az azalma isə “Xalq Sığorta” şirkətində (13% azalma) qeydə alınıb.