22 C
Baku
Thursday, April 25, 2024

9 Avropa ölkəsi ruslara viza verilməsini dayandırıb

Avropanın 9 ölkəsi ruslardan turist vizası üçün müraciətləri qəbul etməyi dayandırıb. Söhbət Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Hollandiyadan gedir.

Banker.az bu barədə “Rg.ru”ya istinadən xəbər verir.

Eyni zamanda, ruslar İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr diplomatik nümayəndəlikləri vasitəsilə turist vizası üçün müraciət edə bilərlər. Düzdür, bütün hallarda söhbət Şengen vizalarından yox, milli vizalardan gedir.

Bundan əvvəl Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dayandırıb. Vizanın qiyməti 35 avrodan 80 avroya qaldırılacaq, tələb olunan sənədlərin siyahısı genişləndiriləcək, sorğunun baxılması müddəti isə 45 günə qədər artırılacaq. Bundan əlavə, ruslar uzun müddətə çoxdəfəlik giriş vizası ala bilməyəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər