7 C
Baku
Thursday, December 12, 2024

9 aya yükdaşımadan 256 milyon manatlıq gəlir – Gəmilər neft yüklərinin daşınmasını yüksəldir

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2023-cü ilin ilk üç rübü ərzində 23 faiz artıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, ilin ilk üç rübü ərzində 6.95 milyon ton yük daşınıb. Ölkənin dəniz nəqliyyat qeyd edilən müddətdə 6.15 milyon tonu tranzit yükləri təşkil edib.

Azərbaycanda dəniz nəqliyyatından xariclə əlaqədən böyük hissəsi neft daşınması ilə əlaqəlidir. Məsələn, hazırda Azərbaycan Türkmənistan və Qazaxıstandan neft alışını yüksəldib və aktiv şəkildə bu istiqamətdə neft daşınır. Qeyd edilən müddətdə 3.92 mln. ton neft daşınıb ki, illik 65% artımdır.

Müddət ərzində gəmilərin yük daşınmasından əldə olunan gəlirləri 255.94 milyon manat təşkil edib və bu da illik müqayisədə 46% artım deməkdir. 2022-ci ilin ilk 9 ayında ölkənin gəmiləri 175.6 milyon manat gəlir əldə etmişdilər.

Son xəbərlər
Digər xəbərlər