1 C
Baku
Monday, February 26, 2024

9 bankın qorunan əmanətçilərinə 222 mln. manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 mln. 854 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 mln. 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11mln. 483 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 477 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 71 mln. 794 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan verilən məlumata görə, 26 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 4 mln. 894 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 932 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 5 mln. 826 min manatdan artıq kompensasiya ödənilib.

26 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 534 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 481 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 222 mln. 101 min manatdan artıq kompensasiya ödənilib.

APA

Son xəbərlər
Digər xəbərlər