6 C
Baku
Monday, December 16, 2024

9 iri bank problemlərlə üzləşə bilər, Beynəlxalq Valyuta Fondu deyir

Dünyanın 9 iri bank strukturu yaxın illərdə dayanıqlı mənfəətin təmin edilməsində çətinliklər yaşayacaq. Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) “Qlobal maliyyə sabitliyi” hesabatında qeyd edib.

Hesabatda bildirilir ki, bir çox bank biznes-modellərini dəyişərək rentabelliyini artırsa da, bəzi bankların keçmişdən miras qalan problem və çatışmazlıqlar səbəbindən çətinlik çəkməyə davam edir.

IMF xüsusilə bu banklar arasında Almaniyanın “Deutsche Bank”, Britaniyanın “Barclays” və “Standard Chartered”, ABŞ-ın “Citigroup”, Fransanın “Societe Generale”, İtaliyanın “Unicredit”, Yaponiyanın “Sumitomo Mitsui Financial Group”, “Misubishi UFJ Financial Group” və “Mizuho Financial Group” banklarını qeyd edib.

Fond bildirir ki, bu banklar toplam olaraq 17 trln. ABŞ dolları həcmində aktivlərə sahibdir. Gələcəkdə hər hansı bir maliyyə çalxanması olarsa, bu bankların kifayət qədər kapital formalaşdırması çətin olacaq.

Qeyd edək ki, adı çəkilən bankların bəzilərinin Azərbaycanla əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi “Deutsche Bank”ın törəmə şirkəti (subsidiary) – “Deutsche Asset & Wealth Management International GmbH.”nın idarəetməsinə verilib. “UniCredit  bankı isə Azərbaycanda fəaliyyət göstərən “YaiıKredi Bank Azerbaijan” QSC-nin səhmdarlarından biridir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər