7 C
Baku
Sunday, December 15, 2024

Dünyada İslam banklarının sayı artır

İslam bankları – İslamın dini qaydalarına, yəni şəriət qaydalarına uyğun olaraq fəaliyyət göstərən maliyyə təşkilatlarıdır və hazırda bütün dünya üzrə 60 ölkədə təmsil olunur.
Banker.az saytının verdiyi məlumata görə, 2016-cı ildə belə bankların ümumi aktiv həcmi 1,5 trilyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 1990-cı illərin əvvəlində bu göstərici 100 milyard dollar səviyyəsində idi.

Malayziya, Küveyt, Səudiyyə Ərəbistanı, Yaxın Şərq və Asiyanın digər ölkələrində İslam bankçılığı sistem əhəmiyyətli daşıyır, belə ki, bank sektorunun 15%-i onun payına düşür.
Bütün bu məlumatları isə Beynəlxalq valyuta fondu (BVF) öz hesabatında qeyd edib. Bununla belə, BVF qeyd edir ki, İslam bankları qlobal bank sektorunun yalnız 2%-ni təşkil edir.
Lakin İslam banklarının payı “sürətlə artır və tənzimləyici və siyasi rəhbərlərin diqqətlərini daha çox cəlb edir”.

Son xəbərlər
Digər xəbərlər