6 C
Baku
Monday, December 16, 2024

Dolların məzənnəsi ABŞ hakimiyyətində mübahisə yaradıb

ABŞ prezidenti Donald Trampla ölkənin maliyyə naziri Stiven Mnuçin arasında dolların cari məzənnəsi məsələsi gərgin mübahisəyə səbəb olub. “Habertürk”ə istinadən xəbərə görə, ABŞ prezidenti dolların hazırda çox möhkəm olduğunu qeyd edir: “Bu, bizi öldürür”. Lakin maliyyə naziri güclü dolların  ABŞ iqtisadiyyatına etimad yaratdığını bildirir: “Dolların uzun müddətdə möhkəmlənməsi – müsbət tendensiyadır”.

“The Wall Street Journal”a müsahibə verən S.Mnuçin, uzunmüddətli perspektivdə dolların möhkəmlənməsinin müsbət siqnal olduğunu qeyd edib: “Mən bunu gözləyirəm. Lakin qısamüddətli perspektivdə güclü dolların müsbət olduğu qədər, mənfi tərəfləri də var. Dolların prezident seçkilərindən sonra kəskin yüksəlməsi Tramp hakimiyyətinə inamı göstərir”.

“Report”un analitik qrupu ABŞ hakimiyyətində dolların məzənnəsi ilə bağlı mübahisələri qiymətləndirərək bildirir ki, cari vəziyyət yaxın bir il ərzində ABŞ valyutasının məzənnəsini kəskin dəyişməyəcək. Tramp hakimiyyətinin qərarlarının ölkə iqtisadiyyatına təsiri məlum olduqdan sonra dollar yeni trendə başlayacaq və çox güman ki, möhkəmlənməyə davam edəcək. Qeyd edək ki, Tramp administrasiyası söz verdiyi vergi islahatları ilə bağlı qərarlarını avqust ayında açıqlayacaq.

Son xəbərlər
Digər xəbərlər