6 C
Baku
Sunday, December 15, 2024

“BBS Consulting Company” iki vəzifə üzrə vakansiya elan edir

Vakansiya 1 – Vergi və Mühasibatlıq üzrə Mütəxəsis

İş öhdəlikləri:

• Verilmiş sənədlər əsasında və tələb olunan qaydada kreditorların və debitorların uçot kitablarının aparılması;
• Bank hesablarının hərəkəti və nəğd hesablaşmaların uçotunun aparılması; vaxtaşırı bank hərəkətinin üzləşməsini yerinə yetirmək;
• Təqdim edilmiş sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılmasının;
• Qurulmuş qaydada aylıq əməkhaqqı cədvəllərinin tərtib edilməsi, əməkdaşların gəlir vergisinin, sosial sığorta haqlarının hesablanması;
• ƏDV, Mənbədə vergi, mənfəət vergisi və dəgər vergi hesabatlarının tərtib edilməsini;
• Vergi hesabatlarının elektron portaldan təqdim edilməsi, şəxsi hesab vərəqəsində hesabatların ödənişlərlə üzləşdirilməsi;
• Tələb olunan vergi uçotu kitablarının aparılması;
• Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;
• Digər cari tapçırıqların yerinəə yetirilməsi.

Namizədlərə tələblər:

• Mühasibat uçotu, maliyyə, audit və ya riyaziyyat üzrə universitet təhsili;
• Mühasibat uçotu sahəsində və ya oxşar işdə ən azı 3 il iş təcrübəsi;
• Mühasibat proqram paketlərindən istifadə bacarığı;
• Onlayn vergi portalından istifadə etmə bacarığı;
• e-poçt vasitəsilə ilə ünsiyyət etmək qabiliyyəti;
• Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmə üstünlük hesab ediləcək;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər.


Vakansiya 2 – Vergi və mühasibatlıq üzrə Baş Mütəxəsis

İş öhdəlikləri:

Mühasibatlıq üzrə
• Təqdim edilmiş sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılmasının;
• Balans hesablarının idarə edilməsi, mühasibat baş kitabının aparılması;
• Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması;
• Debitor və kreditorların uçotunun təşkili;
• Tələb olunarsa, rub sonu və il sonu mühasibat proseslərinin həyata keçirilməsi, mühasibat hesabatlarının hazırlanmasının təşkil edilməsi;
• Əməkhaqqı cədvəllərinin hazırlanması, əməkdaşların gəlir vergisinin, sosial sığorta haqlarının hesablanması;

Vergi hesabatları
• ƏDV, Mənbədə vergi, mənfəət vergisi və dəgər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Əsas vəsaitlərin reyestrinin aparılması, mənfəət vergisi məqsədləri üçün amortizasiyanın hesablanması;
• Səyyar vergi yoxlamalarının aparılmasına yardım, yoxlama ilə tələb olunan məlumatların təqdim edilməsi;
• Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, electron şəxsi vərəqənin düzgünlüyünə nəzarət;
• Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;

Digər
• Gündəlik məsələlərlə bağlı müştərilər ilə əlaqə saxlamaq;
• Uzunmüddətli və ya qısamüddətli plan-proqnozların tərtibedilməsində iştirak etmək;
• Müştərilərə daxili nəzarətin qurulmasında və gücləndirilməsində kömək etmək;
• Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;

Namizədlərə tələblər:

• Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat və ya riyaziyyat üzrə universitet təhsili;
• Mühasibat uçotu sahəsində və mühasibat proqram paketlərindən istifadədə ən azı 5 il iş təcrübəsi;
• Ümumi qəbul olunmuş mühasibat uçotu prinsiplərini dərindən bilmə;
• Tələb olunan zaman müştərilərlə görüşmək, görülmüş və görüləcək işlər barədə məlumat vermək;
• Yaxşı ünsiyyət, yazı və vaxt idarəetmə bacarıqları; e-poçt vasitəsilə müştərilər ilə ünsiyyət etmək qabiliyyəti;
• Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmə üstünlük hesab ediləcək;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər.

Maraqlanan namizədlərdən öz yenilənmiş CV-lərini [email protected] electron poçtuna göndərmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər