13 C
Baku
Saturday, November 23, 2024

Təmir kreditləri reytinqi (03.10.2013)

Əgər evinizi təmir etməyiniz üçün maddi vəsaitə ehtiyacı varsa o zaman, banklarımızın təmir kreditləri üzrə təklif etdiyi kreditlərdən yararlana bilərsiniz. Ölkədə bir neçə banka təmir krediti üçün müraciət edə bilərsiniz. Lakin bu kredit növü hər bankda müxtəlif şərtlərlə təqdim olunur.

Krediti aldığınız zaman sizin eviniz qiyməti qiymətləndirmə şirkəti tərəfindən dəqiqləşdirilir. Bundan sonra isə bəzi banklar sizin evinizin hətta 80 % -ə qədər kredit təqdim edə bilər.

Evinizin təmiri üçün banklar sizə yüksək məbləğlər təqdim etdiyi üçün sizdən, təmir edəcəyiniz evi və yaxud başqa bir mənzilinizin girov qoyulmasını tələb edəcəkdir. Bəzi banlarda isə sizdən girovla yanaşı zamin də tələb oluna bilər. Bununla yanaşı bəzi banklardan biznesinizə əsasən də bu krediti əldə edə bilərsiniz.

Banklar təmir kreditləri üçün təqdim etdiyi kreditlərin faizləri, maximal məbləğləri, komisyon haqları bir-birindən fərqlənir. Qeyd olunan fərqləri aydın görmək üçün aşağıdakı reytinqdə tanış ola bilərsiniz.

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır. Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli məlumatlar verilibsə aşağıda şərh yazmağı unutmayın!

N

Bankın adı

Kreditin adı

Max
Məbləğ

Max
Müddət

İllik faiz

Komisyon

Təminat

Əlavə

Girov

Zamin

1

TBC Bank

Təmir krediti

50 000 AZN

60 ay

19%

1.5%

Təmir etdiyiniz mənzil

Tələb olunmur

Bakı və Sumqayıt şəhərlərində və ya Abşeron yarımadasının digər ərazilərində qeydiyyatda olan və çalışan şəxslər kreditdən yaralana bilər.

2

Expressbank

Təmir krediti

50 000 AZN

36 ay

22%

2.5%

Təmir etdiyiniz mənzil

Tələb olunmur

Təmir olunacaq ev yalnız Bakı, Sumqayıt və ya Gəncə şəhərlərində olmalıdır.

3

Turan Bank

Təmir krediti

100 000 AZN

36 ay

24%

5%

Təmir etdiyiniz mənzil

Tələb olunmur

Girov daşınmaz əmlak olduqda sığorta məbləği kredit məbləğinin 50%-i həcmində sığortalanır.

4

Rabitəbank

Təmir krediti

30 000 AZN

60 ay

26%

3.90%

Təmir etdiyiniz mənzil

Tələb oluna bilər

Girov qoyulan evin 50 % də
kredit verilir

5

Amrahbank

Ev təmiri üçün kredit

30 000 AZN

24 ay

26%

6%

Təmir etdiyiniz mənzil

Tələb olunmur

Evinizin qiymətinin 50 % də kredit ayrılır. Kreditin verilməsi şərtləri regionlar üzrə fərqləndirilə bilər.

6

Unibank

Təmir krediti

7 500 AZN

48 ay

29%

7%

Təmir etdiyiniz mənzil

5 000 AZN -dən yuxarı- 1 zamin tələb olunur

Kreditin qurtarma müddətinə yaş həddi 70-dən çox olmamalıdır

7

DəmirBank

Təmir krediti

100 000 AZN

24 ay

32%

2%

Təmir etdiyiniz mənzil

2 000 AZN-dən yuxarı olduqda -1 zamin

Təmir üçün tələb olunan xərclərin 80 % də
kredit verilir

8

Bank Respublika

Təmir krediti

30 000 AZN

36 ay

32%

2%

Təmir etdiyiniz mənzil

3000 AZN- 1 zamin
3000 AZNdən yuxarı-2 zamin

Zamin tələb olunduqda
zaminin iş yerindən arayış
və şəxsiyyət vəsiqəsi tələb olunur

9

Access Bank

Evin təmiri və tikintisi üçün kredit

Bu növ kredit müvəqqəti olaraq dayandırılıb

Redaksiya ilə əlaqə : (012) 595 03 95

Son xəbərlər
Digər xəbərlər