2 C
Baku
Saturday, December 14, 2024

Uğursuz müsahibənin 5 əlaməti

Yəqin ki, bir çoxumuz müsahibədən sonra uzun müddət onun nəticəsinin nə olacağını gözləmişik.

Bəzən bu gözləmə dövrü ərzində qeyri-müəyyənlik səbəbindən bir neçə ehtiyat iş təklifi itirilir. Amma bu görüşün nəticəsini proqnozlaşdırmaq olar. İstənilən müsahibənin gedişini özünüz də qiymətləndirə bilərsiniz. Bunun üçün 5 əlamət sizə kömək edə bilər.

Heç bir reklamın olmaması:

Əgər işə götürən şəxs sizi öz heyətinə daxil etmək fikrindədirsə, o zaman şirkət və vəzifələriniz barədə ən yüksək şəkildə məlumat verəcək. Və bunun əksinə əgər o namizədi işə götürmək fikrində deyilsə ona zaman da xərcləməyəcək. Bu hallardan ikincisinə uyğun gəlirsinizsə o zaman uğur barədə düşünməyə dəyməz. İşə götürən şəxs namizədə suallar verməyə imkan yaratmırsa və ümumi cümlələrlə cavab verirsə əlverişli nəticə gözləmək gərək deyil.

Sözsüz:

Əgər namizəd şirkət üçün həqiqətən də maraqlıdırsa, o zaman müsahibə yalnızca anketin doldurulması ilə başa çatmayacaq. Bəzi şirkətlərdə bu vacib nüansdır, lakin anket doldurulduqdan sonra namizədlə mütləq söhbət aparılmalı, onun məqsədləri və nailiyyətləri öyrənilməli, şirkət barəsində məlumat verilməli və suallar verməyə şərait yaradılmalıdır. Yox əgər bütün bunların əvəzinə anketiniz alınaraq sadəcə digər kağızlara qarışırsa, onda sizinlə əlaqə saxlayacaqlarına çox da güman etməyin.

Məlum faktlar:

Namizəd işə götürən şəxs üçün lazımlı olduqda onun təcrübəsindən tutmuş şəxsi keyfiyyətlərinə qədər maraqlanır. Yox əgər müsahibə “quru” gedişata sahibdirsə və söhbət yalnızca CV-də yazılanlar ətrafında gedirsə, bu o deməkdir ki, sizə qarşı heç bir xüsusi maraq yoxdur.

Hər şey aydındır:

Müsahibə iki halda çox tez başa çatır: 1) namizəd işə çox uyğundur və tez bir zamanda işə qəbul edilir; 2) namizəd müəyyən səbəblərə görə işə uyğun gəlmir. Birinci halı ikincidən fərqləndirmək kifayət qədər sadədir.

Son xəbərlər
Digər xəbərlər