24 C
Baku
Tuesday, October 1, 2024

Problemli Kreditlər üzrə Ekspert -Bank of Baku

Problemli Kreditlər üzrə Ekspert (Bakı və regionlar)

Əsas vəzifə və öhdəliklər

  • Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
  • Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
  • Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.

Seçim meyarları

  • Ali təhsil
  • Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
  • Səlis nitq qabiliyyəti
  • İnandırma qabiliyyəti və məqsədyönlülük
  • Azərbaycan dili biliyi – əla
  • MS Office proqramlarında işləmək bacarığı

İş şərtləri

  • İş yeri: Bakı, Şəki, Şirvan, Lənkəran, Gəncə, Xaçmaz filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində PK Bakı, PK Şəki, PK Şirvan, PK Lənkəran, PK Gəncə və ya PK Xaçmaz sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu vəzifə üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər