Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inzibati binasının və onun istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası, eləcə də daşınar əmlakının könüllü sığortası xidmətlərinin satın alınması məqsədilə ötən il dekabrın 16-da elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Fonddan Reporta verilən məlumata görə, tenderdə 6 sığorta şirkəti – “PAŞA Sığorta”, “Atasığorta”, “Atəşgah Sığorta”, “Qala Sığorta”, “Azsığorta” və “AXA MBask” ASC-lər iştirak edib. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində “PAŞA Sığorta” qalib elan edilib və bu il martın 16-da şirkətlə müvafiq satınalma müqaviləsi bağlanılıb.
Müqaviləyə əsasən, ARDNF şirkətə 140 313,3 manat sığorta haqqı ödəyib. Əvəzində Fond daşınmaz əmlak üzrə 118 mln. manatlıq, daşınar əmlak üzrə isə 20 mln. manatlıq (ümumilikdə 138 mln. manatlıq) sığorta təminatı əldə edib.