Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə mart ayının son depozit hərracının nəticələri açıqlanıb.
Banker.az-a AMB-dən daxil olan məlumata görə, 31 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 301,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,53% təşkil edilib. Bu isə hərracda nəzərdə tutulan 200 mln. manat olan təklifi tələbin 50% üstələməsi deməkdir.