15 C
Baku
Sunday, November 24, 2024

Baş hüquqşunas vakansiyası (Korporativ hüquq sahəsi üzrə) – Rabitabank ASC

Baş hüquqşunas vakansiyası (Korporativ hüquq sahəsi üzrə)

Vakansiya barədə məlumat:

Əsas vəzifələr:

 

  1. Korporativ hüquq sahəsinə aid olan sənədlərin layihələrini hazırlayır;
  2. Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  3. Bankdaxili bütün normativ sənədlərin (təlimat, qayda, prosedur və s.), o cümlədən əmrlərin, qərarların və sərəncamların hüquqi ekspertizasını həyata keçirir və onlara rəy verir;
  4. Bütün struktur bölmələrə hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir, habelə optimal çıxış yollarının tapılması üçün öz təkliflərini verir;
  5. Qanunvericiliklə müəyyən edilmiş hüquqi vasitələrlə Bankın hüquq və mənafelərinin müdafiəsini , habelə onun fəaliyyətində qanunverciliyin bütün tələblərinə riayət edilməsini təmin edir;
  6. Bankın fəaliyyətində meydana çıxan bütün hüquq məsələləri üzrə rəyləri hazırlayır;
  7. Bankın hüquqi statusuna aid bütün növ sənədləri hazırlayır;
  8. Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarət edilməsində iştirak edir;
  9. Dövlət orqanları və kommersiya ictimai təşkilatları ilə hüquqi məsələlərlə bağlı yazışmaları aparır;

10.Zərurət yarandıqda Bankın müvafiq struktur  bölmələrinə pretenziya işində hüquqi yardım göstərir.

 

Namizədə olan əsas tələblər:

 

  • Ali hüquqi təhsil;
  • İxtisas üzrə azı 3 il iş təcrübəsi,  Korporativ hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsi (Bank və böyük təşkilatlarda , habelə məhkəmələrlə  iş təcrübəsi  olanlara üstünlük verilir.); 
  • Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik, düzgünlük  və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması;
  • MS office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləyə bilmək bacarığı;
  • Azərbaycan dilində səlist danışmaq və yazmaq qabiliyyəti.  Rus və İngilis dillərini bilmək.

Peşəkar biliklərə dair tələblər:

 

  • Bankın fəaliyyətini tənzimləyən normativ aktlar;
  • Hüquqi fəaliyyət üzrə  Azərbaycan Respublikasının qanunları, metodiki və normativ xarakterli materiallar;
  • Mülki, mülki-prosessual, əmək, maliyyə, inzibati, vergi qanunvericiliyi;
  • Bankın fəaliyyəti ilə əlaqədar müqavilələrin bağlanılması qaydası;
  • Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədləşmənin sistemləşdirilməsi və qeydiyyatı qaydası.

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər