10 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasına daha bir səlahiyyət verilir

Bu gün Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Hazırda qüvvədə olan maddəyə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilərdisə, təkliflər qəbul olunacağı təqdirdə bu məlumatlar həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına da veriləcək. Qeyd edək ki, dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər