9 C
Baku
Thursday, December 12, 2024

“Facebook”da virtual reallıq sistemi tətbiq olunub

Ötən il “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq şirkətin virtual reallıqla bağlı planlarını açıqlamışdı. Artıq şirkətin eyni zamanda birdən çox dostla ünsiyyət qurmaq və və əylənməyə imkan verən “Spaces” xidməti istifadəyə verilib.

hi-news.ru saytının məlumatına görə, bu xidmət hələ ki, beta-versiyada və yalnız “Oculus Rift” şlemi və “Oculus Touch” kontrolleri istifadə olunduqda işləyir. Xidmət istifadəçinin “Facebook”dakı şəkillərinə əsasən onun avatarını yaratmağın bir neçə variantını təklif edir. O, hər bir istifadəçiyə məzəli cizgi film personajı şəklində öz unikal 3D-avataranı yaratmağa imkan verir. Burada istifadəçilər dostları ilə ünsiyyət qura, “Facebook Messenger” vasitəsilə tanışlarına zəng edə, musiqi dinləyə, müxtəlif obyektlərin rəsmini çəkə, panorama filmlərə baxa, hətta virtual selfi-çubuğun köməyi ilə şəkillər çəkə bilərlər.

“Spaces” yaradıcıları iddia edirlər ki, hazırda xidmətdə planlaşdırılmış imkanların yalnız 1 faizi reallaşdırılıb.

Qeyd edək ki, “Oculus Rift” qarnituru və əlavə aksessuarların dəyərinin yüksək olması onun mənfi cəhətlərindən hesab olunur. Bu qarnitur “HTC Vive” və “PlayStation VR”dan sonra satışların sayına görə üçüncü yerdə dayanır.

Mənbəict.az
Son xəbərlər
Digər xəbərlər