10 C
Baku
Thursday, December 12, 2024

ABŞ maliyyə naziri: “Vergi islahatları büdcə kəsirinə səbəb ola bilər”

ABŞ maliyyə nazirliyinin əsas vəzifələri – ölkənin vergi sistemini dəyişdirmək və sanksiyalar vasitəsilə terrorçuluğun maliyyələşdirilməsini dayandırmaqdır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə naziri (United States Secretary of the Treasury) Stiven Mnuçin Beynəlxalq valyuta fondunun rəhbəri Kristin Laqarda görüşdə deyib.?m=02&d=20170422&t=2&i=1181653797&w=&fh=&fw=&ll=780&pl=468&sq=&r=LYNXMPED3L0LL

Onun sözlərinə görə, vergi islahatlarının keçiriləcəyi ilk vaxtlar büdcə kəsiri ola bilər.

“Həqiqətən də, sanksiyalar işləyir. Əsas vəzifəmiz onların vasitəsilə terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasıdır. İslahatların digər vəzifəsi sıravi amerikalının daha çox pul əldə etməsinə kömək etməkdir”, – nazir bildirib.

Eyni zamanda, Mnuçin etiraf edib ki, birinci mərhələdə islahat “bir sıra çətinliklərə”, məsələn, büdcə kəsirinin artmasına gətirib çıxara bilər.

Son xəbərlər
Digər xəbərlər