10 C
Baku
Thursday, December 12, 2024

“Anglo Asian Mining” Azərbaycan banklarına olan kredit borcunu açıqlayıb

Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan “Anglo Asian Mining” şirkəti yerli banklara olan borcunun həcmini açıqlayıb.

2017-ci ilin aprelin 1-nə şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 33,1 mln. dollar təşkil edib. Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-dən hesabat dövrünə qədər şirkətin borcu 2 mln. dollar azalıb.

Ümumilikdə, şirkətin “Amsterdam Trade Bank”a 7,4 mln. dollar, “Gazprombank” 7,4 mln. dollar, “Azərbaycan Beynəlxalq Bankı” ASC 7,2 mln. dollar, “Atlas Copco”ya 0,7 mln. dollar, “Yapi Kredi Bank”a 3 mln. dollar, “PAŞA Bank” ASC-yə 3,9 mln. dollar, “Kapitalbank”a 1 mln. dollar həcmində kredit borcu var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər