10 C
Baku
Thursday, December 12, 2024

“Bank Standard”ın kreditorlarının bir hissəsi açıqlandı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaranması barədə açıqlama verib.

Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.

04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılıb. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB–nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranıb.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 86.1-ci maddəsinə əsasən kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

ADIF qeyd edir ki, “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub və Palata tərəfindən müsbət cavab alınıb.

05.12.2016-cı il tarixdə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.

29.12.2016-cı il tarixdə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə (hüquq şirkəti, ictimai birlik, ictimai nüfuza malik olan ziyalı) artıq dəvət məktubları və bildirişlər göndərilmişdir.

Göstərilənlərlə əlaqədar bildiririk ki, 28.04.2017-cı il tarixdə QSC “Bank Standard” KB-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər