10 C
Baku
Friday, December 13, 2024

“Mərkəzi Bankın səlahiyyətlərinin əlindən alınması problem yaratmayacaq”

Professor Zahid Məmmədov düşünür ki, dövlət sistem əhəmiyyətli banklara dəstək olmalıdır

Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, qanundan 49-1 maddəsi çıxarılır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
İqtisad elmləri dokturu, Dövlət İqtisad Universtetinin professoru Zahid Məmmədov “Sputnik”ə açıqlamasında bildirib ki, bu dəyişiklik bankların fəaliyyətində problem yaratmayacaq: “Mərkəzi Bank yenə də başlıca vəzifəsini həyata keçirir. Onun məqsədi öz səlahiyyətləri çərçivəsində qiymətlərin sabitliyini təmin etmək və pul siyasətini həyata keçirməkdir. Ona görə də məqsədli kreditlərin Mərkəzi Bankın səlahiyyətlərindən alınması heç bir problem gətirməyəcək”. “Biz bank sisteminin sağalmasına 3 aspektdən yanaşmalıyıq. Birincisi, xəstələnmiş bankların müalicəsi mümkün deyil, onlar sıradan çıxmalıdır. İkinci tip banklar xəstələnib, lakin onların müalicəsi mümkündür. Müəyyən “reseptlər”, “dərmanlar” yazıb onları sağaltmaq olar. Üçüncüsu isə sistem əhmiyyətli banklardır. Bunların dövlət tərəfindən dəstəklənməsi vacibdir” —  deyə o, bildirib.
Son xəbərlər
Digər xəbərlər