2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankda dair iki mühüm məsələ müzakirə edlir

Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Məlumatına görə, iclasın gündəliyinə “Vətəndaşların müraciətləri haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Valyuta tənzimi haqqında”, “Yol hərəkəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda, “Müflisləşmə və iflas haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Lizenziyalar və icazələr haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Miqrasiya Məcəlləsinə və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər