8 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqı rouminqi ləğv edir

Banker.az saytının Republic nəşrinə istinadən verdiyi xəbərə görə, Aİ şurası ittifaqa daxil olan bütün ölkələrin ərazisində yaşayan insanlar üçün rouminqi ləğv edib.

“İyun ayının 15-dən başlayaraq, Aİ-nın digər ölkələrinə səfər edən mobil telefon istifadəçiləri hər hansı əlavə xərc olmadan zəng edə, mətn mesajları göndərə və yaxud internetdən istifadə edə bilər” – deyə şura bildirib. 15 iyun tarixindən sonra pulsuz rouminq İslandiya, Lixtenşteyn və Norveç sakinləri üçün də keçərli olacaq.

Aİ ölkələri ərazisində müştərilərə xidmət üçün operatorların qiymət əlavəsi 1 dəqiqəlik danışıq üçün 0,03, SMS üçün isə 0,01 avronu keçməyəcək.

Son xəbərlər
Digər xəbərlər