Fransanın Louis Vuitton Moët Hennessy (LVMH) holdinqinin prezidenti Bernar Arno Christian Dior Couture şirkətinin 100% səhmini 13,2 milyard dollara (12,1 milyard avro) almaq niyyətindədir. Bu barədə Banker.az saytı xarici mediaya istinadən xəbər verir.
“Dünyanın ən lüks markalarından biri olan Christian Dior Couture LVMH üçün inkişaf mənbəyi olacaq” – deyə holdinqin verdiyi məlumatda deyilir.
Financial Times nəşrinin verdiyi məlumata görə isə, Arno dəb evinin ona məxsus olmayan 26%-ni də almaq niyyətindədir. Hazırda LVMH şirkəti Louis Vuitton, Givenchy, Guerlain, Chaumet, Moët & Chandon, Hennessy və s. brendlərin sahibidir.







