Beynəlxalq Əskinas Cəmiyyəti keçən ilin ən yaxşı banknotunu elan edib. Təşkilat üzvlərinin fikrincə, 2016-cı ilin ən gözəl və təhlükəsiz banknotu 50 isveçrə frankıdır. Bu İsveçrə Mərkəzi bankı tərəfindən son 20 ildə buraxılmış ilk banknotdur.
50 frank nominalında olan banknot İsveçrənin təklif edə biləcəyi imkanlar üzərinə diqqət çəkir. Bu motivin təsvir edilməsi üçün dizaynerlər zəncirotu və küləyi seçib.
Növbəti banknotlar zaman, işıq, su, materiya və dili təsvir edəcək.
Ümumilikdə, 2016-cı ildə 120-dən çox yeni banknot buraxılıb. Bu banknotların demək olar ki, yarısı sahib olduqları unikal dizayn sayəsində bu statusa namizədlik edə bilərdilər.
Müsabiqədə həmçinin polimerdən buraxılmış Maldiv rufisi, Argentina pesosu və Şotlandiya 5 funtu da iştirak edirdi.