7 C
Baku
Sunday, December 15, 2024

Avropa Mərkəzi Bankı uçot dərəcəsi açıqladı

Avropa Mərkəzi Bankı (ECB) bugünkü iclasında uçot dərəcəsini dəyişdirməyərək yenidən 0% səviyyəsində təsdiqləyib.

“Bloomberg” agentliyi xəbər verir ki, bununla yanaşı, ECB monetar ekspanisya proqramı çərçivəsində aylıq istiqraz alışının həcmini 80 mlrd. avrodan 60 mlrd. avroya endirib.

Həmçinin, ECB depozit faizini -0,4% və marjinal borcvermə faizini 0,25% səviyyəsində təsdiqləyib. Bank açıqlamasında atdığı addımı iqtisadiyyatın yavaş tempdə toparlanması və bölgədə dalğalanma riskinin davam etməsi ilə izah edib.

Qeyd edək ki, ECB-nin qərarı maliyyə bazarları tərəfindən əvvəlcədən ehtimal edildiyinə görə, avronun məzənnəsində ciddi dəyişiklik olmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər