7 C
Baku
Thursday, December 12, 2024

Sinqapur nəhəng innovasiya fondu yaradır

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, Sinqapur innovasiya şirkətlərinə öz bizneslərini inkişaf etdirmək və fəaliyyətlərini ölkə xaricində genişləndirməyə kömək etmək üçün 1 milyard sinqapur dolları (718 milyon dollar) dəyərində fond yaradır. Sözügedən bu fondun yaradılması ölkə rəhbərliyinin istisadi artımı stimullaşdırmaq cəhdlərinin bir hissəsidir.

Sinqapurun Əqli mülkiyyət idarəsi (IPOS) və yerli özəl səhmdar şirkət olan Makara Capital Partners Pte Ltd-nin ortaq müəssisəsi – Makara innovasiya fondu növbəti 8 il ərzində qlobal texnoloji rəqabət iqtidarında olan 10-15 şirkətə 30-dan 150 milyon sinqapur dollarına qədər yatırım edəcək.

Qeyd edək ki, Sinqapur ABŞ və İsraili geridə qoyaraq Bloomberg 2017 innovasiya indeksində 6-cı pillənin sahibi olub. Bloomberg agentliyinin məlumatlarına əsasən, şəhər-dövlət 1 milyon əhaliyə verilmiş patent sayına görə üçüncü nəhəngdir. Sinqapur bu planda Cənubi Koreya və Yaponiyadan geri qalır.

Son xəbərlər
Digər xəbərlər