Birləşmiş ərəb əmirliklərinin (BƏƏ) energetika naziri Suhail al-Mazroui-nin şərhlərindən sonra neft qiymətləri artmağa başlayıb.
Banker.az saytının verdiyi məlumata görə, nazir bildirib ki, Vyana razılaşmasının bütün iştirakçıları 2017-ci ilin ilk yarısına qədər neft hasilatının azaldılması ilə bağlı əldə edilmiş bu razılığın uzadılmasına razı olacaqlar.
Qeyd edək ki, 2 may tarixində günorta saatlarında Brent markalı neftin Şimal dənizi neft qarışığı üzrə iyul fyuçersinin qiyməti 0,83%, yəni 1 barrelə görə 51,95 dollara qalxıb. WTI markalı neftin iyun fyuçersinin qiyməti isə 0,59%, yəni 1 barrel üçün 49,13 dollara çatıb.
Nazir əlavə edib ki, ilin ikinci yarısında neft bazarını yenidənbalanslaşma gözləyir. Mazroui həmçinin bildirib ki, üzən neft anbarlarında neft ehtiyatları tükənib. Onun sözlərinə görə, neft hasil edən ölkələrin əsas tapşırığı bazarda neft çoxluğunun qarşısını almaq deyil, orta səviyyəli 5 illik dünya neft ehtiyatları səviyyəsinə nail olmaqdır.







