Hərracdan öncə bank dolları bahalaşdırdı

Azərbaycan kommersiya banklarının bir neçəsi hərracöncəsi dollar/manat məzənnəsində dəyişiklik ediblər.

Banker.az-ın monitorinqinə əsasən, dolları ən çox dəyişiklik faizi “Expressbank”ASC-də müşahidə edilir. Belə ki, adıçəkilən bank ötən gün dolları 1,6950 manata satdığı halda bu gün bahalaşdıraraq 1,7100 səviyyəsində saxlayıb. Buna baxmayaraq ucuzlaşmanın müşahidə edildiyi banklarda var. “Ata Bank” ASC və “YapıKredi” QSC dolların satış qiymətini cüzi ucuzlaşdırıblar.

Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.

 kurs 1

Son xəbərlər
Digər xəbərlər