Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alıb. Bu barədə Banker.az-a MBNP-dan məlumat daxil olub.
Məlumata görə, 8 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100956S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.
BFB yerləşdirmə ilə bağlı açıqlaması
Bakı Fond Birjasının 2017-ci ilin 10 may tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Notların buraxılış parametrləri aşağıdakılardır:
| Dövlət qeydiyyat №-si | 50100956S |
| Hərraca çıxarılan həcm | 25 000 000 AZN |
| Bir notun nominal dəyəri | 100 АZN |
| Notların tədavül müddəti | 28 gün |
| Ödəmə tarixi | 7 iyun 2017-ci il |
AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.






