Bir müddət azalma tempində olan problemli kreditlərin həcmi, mart ayının sonuna olan rəqəmlərə görə artım tempinə qədəm qoyub.
Banker.azın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən, mart 2017 tarixinə bankların vaxtı keçmiş kreditlərinin həcmi 1590.3 mln. manat təşkil edib. Məlumat üçün bildirək ki, bu rəqəm yanvar ayının sonuna 1633.1, fevral ayının sonuna isə 1556.4 mln. manat olmuşdur.







