Məlumdur ki, yüz minlərlə yapon müəyyən həcmdə Bitcoin valyutasına sahibdir, lakin onlar bu bitcoin-ləri sadəcə online pulqabıda saxlayırlar.
Banker.az saytı xəbər verir ki, bu səbəbdən də, Coincheck əmindir ki, onların kriptovalyutanı depozit qoymağa və faiz əldə etməyə imkan verən yeni servisi yaponlar arasında böyük tələbatla istifadə olunacaq.
Bitcoin sahibləri üçün 4 depozit planı təklif olunacaq:
— illik 1% ilə 14 günlük;
— illik 2% ilə 30 günlük;
— illik 3% ilə 90 günlük;
— illik 5% ilə 1 illik.
Yaponiya maliyyə xidmətləri üzrə agentlik (FCA) isə qeyd edib ki, Coincheck-in təklif etdiyi yeni xidmət ölkədə bank fəalliyətini tənzimləyən qaydalara tabe edilməyəcək. Çünki Bitcoin ölkədə qanuni ödəniş vasitəsi elan edilməyib. Lakin gələcəkdə kriptovalyuta istifadəçilərinin sayının qəfil olaraq artması halında oxşar xidmətlər dövlət tərəfindən nəzarətə götürülə bilər.