Almaniyanın “Deutsche Bank”ına böyük məbləğdə cərimə kəsilib. Bildirilir ki, xarici valyuta bazarında təhlükəli fəaliyyət, həmçinin vəsaitlərin offşorlara köçürülməsi və sair kimi hallar banka qarşı 156,6 milyon dollar həcmində maliyyə sanksiyalarının tətbiqinə səbəb olub.
Xəbəri “Euronews” verib.