Bugün, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 62 704 800.00 AZN təşkil edib. Bu da hərracda tələbin təklifdən 150% üstün olması deməkdir.
Sifarişlər 84.8167 AZN (17.9999%) və 87.3969 AZN (14.4999%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.1975 AZN (14.7630%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 29.05.2018-cı ildir.