6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iki bankın birləşməsi prosesi başa çatdı

Azərbaycanda iki bankın birləşməsi prosesi başa çatıb.

Bu gün keçirilən mətbuat konfransında “Atabank”ın İdarə Heyətinin sədri Dəaynət Quliyev bildirib ki, iki bank – “Atabank” və “Caspian Development Bank”ın birləşməsi prosesi başa çatıb.

AtaBank ASC-nin aktivləri 607.3 mln. manat təşkil edərək ölkə banklan arasında 31İ bank arasında 8-ci yerdə olub. AtaBank ASC-nin kredit portfeli 546.1 mln manat təşkil edərək ölkə bankları arasında 4-cü yerdədir. Bankın müddətli əmanət portfeli 375.2 mln. təşkil edərək banklar arasında 6-cı yerdə sıralanıb. AtaBank ASC fıziki şəxslərin əmanətləri 222.7 mln. manat təşkil edərək 6-cı yerdə
sıralanıb. Bankın cəmi kapitalı 142.7 mln. təşkil edərək banklar arasında 4-cü yerdə olub. Bankın mənfəəti 2.5 mln. manat təşkil etmişdir və banklar arasında 7-ci yerdə olub. Bank filial şəbəkəsinə görə 31 filial və şöbə ilə banklar arasında 5-ci yerdə sıralanır.

AtaBank ASC ATM-şəbəkəsinə görə 86 ATM-lə 3-cü yerdə sıralanmaqdadır. POS-terminal sayına görə 17 870 ədədlə 1-ci yerdə sıralanır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər