6 C
Baku
Sunday, December 15, 2024

Çexiya sərhədlərini bağlayır

Banker.az xəbər verir ki, Çexiya rəhbərliyi Avropa İttifaqının kvotası əsasında qaçqınların qəbul edilməsi prosesinin dayandırılması ilə bağlı son qərarını verdi.

Ölkənin Daxili İşlər nazirinin sözlərinə görə ölkə minimum sentyabr ayına qədər İtaliya və Yunanıstan qaçqın qəbul etməyəcək. Qərar təhlükəsizliyin təmin edilməsi məqsədilə verilib.

Ölkə rəhbərliyi bu məsələni məxfi şəkildə müzakirə etsə də, qərar gizli saxlanmır.

Çexiyanın DİN rəhbəri 15 aprel tarixində Praqanın Aİ-nın qaçqınların qəbul edilməsi ilə bağlı proqramdan çıxmaq ehtimalları barədə məlumat vermişdi. Bu zaman o bildirmişdi ki, ölkə 2600 qaçqın olaraq təyin edilmiş kvota çərçivəsində Yunanıstandan 12 nəfər qəbul etmişdi.

 

Qeyd edək ki, Çexiya İtaliya və Yunanıstanda yerləşən qaçqın düşərgələrində yoxlanışları dayandırmışdı. Buna səbəb isə yoxlanış zamanı qaçqınlar “yerlərində qalmaq” istəmirdilər.

Nazir qeyd edib ki, Çexiya “nəzarətsiz və yoxlanış olmadan insanları öz ölkəsinə buraxa bilməz”.

Son xəbərlər
Digər xəbərlər