“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” ₼12.4 milyon xalis mənfəət əldə edib

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs 2025-ci ili 12 milyon 429 min manat mənfəətlə başa vurub. 2024-cü ildə qurumun mənfəəti 3 milyon 173 min manat olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin cəmi  gəlirləri 45 milyon 759 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 821 min manat təşkil edib.

31 dekabr 2025-ci il tarixində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” 182 milyon 265 min manat cəmi aktivlərə malik olub. Əvvəlki ilin eyni dövründə isə bu göstərici 25 milyon 588 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər