Dollar/manat məzənnəsi Bloomberg platformasında bir aylıq minimumu yeniləyib.
Banker.az adıçəkilən platformaya istinadən xəbər verir ki, ötən gün USD/AZN məzənnəsi 1,6860 səviyyəsindən 1,6801 səviyyəsinə kimi enib. Bu da may ayının 12-dən bu tərəfə ən aşağı göstəricidir. Həmin ayda məzənnə 1,6775 səviyyəsində müəyyən olunmuşdu.