ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçiriləcək iclasında uçot dərəcəsini artırılması ehtimalının hələ də yüksək olması dolları yaxın günlərdə bahalaşdıra bilər.
Reportun analitik qrupu bildirir ki, ABŞ-ın iqtisadi göstəriciləri elə də yaxşı olmasa da, gələn həftə keçiriləcək iclasda uçot dərəcəsinin 25 faiz bəndi artırılması gözlənilir.
Son bir neçə ayda ABŞ prezidenti Donald Trampın seçki öncəsi vədlərinə əməl etməməsi və siyasi motivlərlə əlaqədar ucuzlaşan dolların bir qədər güclənməsi üçün başqa səbəblər də var. Ötən gün ABŞ konqresi “Dodd-Frank” qanununu ləğv edib. Bu, ABŞ-ın maliyyyə sisteminə rahatlıq gətirməli və kreditləşmənin həcmini əhəmiyyətli dərəcədə artırmalıdır.
Xatırladaq ki, sözügedən qanun Barak Obamanın prezidentliyi dövründıə qəbul edilib və ölkənin maliyyə sisteminin təhlükəsizliyini təmin edib. Bu qanunun tətbiqindən sonra ABŞ banklarının birinci dərəcəli kapital adekvatlığı əmsalı 8-9%-dən 12-14%-ə çatıb. D.Tramp isə bu qanunu ABŞ üçün “yoxsulluq” rəmzi kimi görür.
Beləliklə yaxın günlərdə əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,1 ola bilər. Bu göstəricinin 1,15 qədər yüksələcəyi, 2018-ci ildən isə dollar və avronun məzənnəsinin bərabərləşəcəyi istisna edilmir.