Bu dəfəki bazar araşdırmamızda Bankların daşınmaz əmlak girovu ilə təklif etdiyi kreditlərin şərtlərini araşdırmışıq. Bu kreditləri rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bir məqamı diqqətinizə çatdırmaq istərdik ki, müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin Banka təqdim etdiyi və rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.
Aşağıdakı 2 cədvəldə Azərbaycanda fəaliyyət göstərən Bankların və BOKT-ların müvafiq kreditlərinin şərtləri qeyd edilmişdir. Birinci cədvəldə məhsulun əsas göstəriciləri (məbləğ, müddət, faiz və komissiya), ikinci cədvəldə isə məhsul üzrə digər şərtlər qeyd edilib.
Cədvəl 1.
Bank | Məhsulun adı | Məbləğ | Müddət | Faiz | Komissiya |
AccessBank | “Təmir krediti” və “Tikinti krediti” | 10 000 AZN – 150 000 AZN | 24 aya qədər | 25%-26% | 1% |
Bank BTB ASC | Daşınmaz əmlak təminatlı kredit | 300 AZN – 70 000 AZN | 36 aya qədər | 23%-dən başlayaraq | 0,5%-dən başlayaraq |
Bank of Baku ASC | “Mümkündür!” | 3000 AZN – 30 000 AZN | 24 aya qədər | 25%-27% | 1% – 1,5% |
Expressbank ASC | Əmlak girovlu kredit | 3000 AZN – 30 000 AZN | 36 aya qədər | 22%-26% | Nəzərdə tutulmayıb |
TBC Kredit | Daşınmaz əmlak təminatlı kredit | 15 000 AZN – 30 000 AZN | 48 aya qədər | 29%-33% | 1% |
TuranBank ASC | Orta həcmli istehlak kreditləri | 100 000 AZN-qədər | 36 aya qədər | 21%-24% | 1% |
Cədvəl 2.
Bank | Məhsulun adı | Təminat | Məbləğin əmlakın dəyərinə nisbəti | Güzəşt müddəti | Tələb edilən sənədlər |
AccessBank | “Təmir krediti” və “Tikinti krediti” | Daşınmaz əmlak | Əmlakın dəyərinin 80%-i | 12 ayadək mümkündür | 1. Şəxsiyyət vəsiqəsi 2.İş yerindən arayış |
Bank BTB ASC | Daşınmaz əmlak təminatlı kredit | Daşınmaz əmlak | Əmlakın dəyərinin 70%-i | 6 ayadək mümkündür | 1. Şəxsiyyət vəsiqəsi 2. Gəlirləri təsdiq edən sənədlər. |
Bank of Baku ASC | “Mümkündür!” | Daşınmaz əmlak | Əmlakın dəyərinin 50%-i | mümkün deyil | 1. Şəxsiyyət vəsiqəsi 2.İş yerindən arayış |
Expressbank ASC | Əmlak girovlu kredit | Daşınmaz əmlak | Əmlakın dəyərinin 40%-i | mümkün deyil | 1. Şəxsiyyət vəsiqəsi 2.İş yerindən arayış (yalnız 15 000 AZN-dən yuxarı kreditlər üzrə tələb edilir) |
TBC Kredit | Daşınmaz əmlak təminatlı kredit | Daşınmaz əmlak | Əmlakın dəyərinin 100%-i | mümkün deyil | 1. Şəxsiyyət vəsiqəsi 2.İş yerindən arayış |
TuranBank ASC | Orta həcmli istehlak kreditləri | Daşınmaz əmlak | Əmlakın dəyərinin maksimum 66%-i | 3 ayadək mümkündür | 1. Şəxsiyyət vəsiqəsi 2.İş yerindən arayış |
İkinci cədvəl ilə bağlı bəzi analyışlara açıqlama vermək istərdik:
Məbləğin əmlakın dəyərinə nisbəti – Bu göstəricini misal üzərində izah edək. Hesab edək ki, müraciət etdiyiniz Bankda bu göstərici 50%-dir və sizin Banka girov olaraq təqdim etdiyiniz əmlakın dəyəri 100 000 AZN kimi qiymətləndirilmişdir. Bu təqdirdə , Bankdan əldə edə biləcəyiniz maksimum kredit məbləği 50 000 AZN-ə bərabər ola bilər.
Güzəşt müddəti – Bu imkanı təqdim edən Banklar, kredit əldə edən müştərilərə qeyd edilən müddətdə yalnız faiz ödənişlərini ödəmək üçün imkan yarada bilər. Əsas borc üzrə ödəniş güzəşt müddəti bitdiyi aydan sonrakı növbəti aydan başlanır.