-1 C
Baku
Sunday, December 15, 2024

İranda hasil olunan neftin yarısını Avropa əldə edir

Banker.az xəbər verir ki, İran Milli neft şirkətinin (NIOC) icraçı direktoru Ali Kardorun sözlərinə görə, İran bir gündə təqribən 4 milyon barrel neft hasil edir və bu neftin yarısı Avropaya ixrac olunur.

O həmçinin əlavə edib ki, 21 mart – 21 aprel ərəfəsində ölkədə neft hasilatı təqribi olaraq bir gündə 4 milyon barrelə çatıb. Bununla yanaşı, sanksiyalar zamanı İranda neft hasilatı gündəlik 2,7 milyon barrel təşkil edir ki, bunun da 1 milyonu xarici bazarlara göndərilirdi.

Kardor daha əvvəl qeyd etmişdi ki, ixrac olunan neftə 1 gündə 700 min barrel orta həcmdə qaz kondensatını əlavə etsək, fevral ayında rekord hesab olunan 3 milyon barrel ümumi həcm alınır.

Son xəbərlər
Digər xəbərlər