1 C
Baku
Saturday, December 14, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı banka girov qoyub kredit götürmək mümkündür?

Hansı banka girov qoyub kredit götürmək mümkündür?

0
Hansı banka girov qoyub kredit götürmək mümkündür?

Bu dəfəki bazar araşdırmamızda Bankların daşınmaz əmlak girovu ilə təklif etdiyi kreditlərin şərtlərini araşdırmışıq. Bu kreditləri rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bir məqamı diqqətinizə çatdırmaq istərdik ki, müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin Banka təqdim etdiyi və rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.

Aşağıdakı 2 cədvəldə Azərbaycanda fəaliyyət göstərən Bankların və BOKT-ların müvafiq kreditlərinin şərtləri qeyd edilmişdir. Birinci cədvəldə məhsulun əsas göstəriciləri (məbləğ, müddət, faiz və komissiya), ikinci cədvəldə isə məhsul üzrə digər şərtlər qeyd edilib. 

Cədvəl 1.

Bank Məhsulun adı Məbləğ Müddət Faiz Komissiya
AccessBank “Təmir krediti” və “Tikinti krediti” 10 000 AZN – 150 000 AZN 24 aya qədər 25%-26% 1%
Bank BTB ASC Daşınmaz əmlak təminatlı kredit 300 AZN – 70 000 AZN 36 aya qədər 23%-dən başlayaraq 0,5%-dən başlayaraq
Bank of Baku ASC “Mümkündür!” 3000 AZN – 30 000 AZN 24 aya qədər 25%-27% 1% – 1,5%
Expressbank ASC Əmlak girovlu kredit 3000 AZN – 30 000 AZN 36 aya qədər 22%-26% Nəzərdə tutulmayıb
TBC Kredit Daşınmaz əmlak təminatlı kredit 15 000 AZN – 30 000 AZN 48 aya qədər 29%-33% 1%
TuranBank ASC Orta həcmli istehlak kreditləri 100 000 AZN-qədər 36 aya qədər 21%-24% 1%

 

Cədvəl 2.

Bank Məhsulun adı Təminat Məbləğin əmlakın dəyərinə nisbəti Güzəşt müddəti Tələb edilən sənədlər
AccessBank “Təmir krediti” və “Tikinti krediti” Daşınmaz əmlak Əmlakın dəyərinin 80%-i 12 ayadək mümkündür 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış
Bank BTB ASC Daşınmaz əmlak təminatlı kredit Daşınmaz əmlak Əmlakın dəyərinin 70%-i 6 ayadək mümkündür 1.  Şəxsiyyət vəsiqəsi
2. Gəlirləri təsdiq edən sənədlər.
Bank of Baku ASC “Mümkündür!” Daşınmaz əmlak Əmlakın dəyərinin 50%-i mümkün deyil 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış
Expressbank ASC Əmlak girovlu kredit Daşınmaz əmlak Əmlakın dəyərinin 40%-i mümkün deyil 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış (yalnız 15 000 AZN-dən yuxarı kreditlər üzrə tələb edilir)
TBC Kredit Daşınmaz əmlak təminatlı kredit Daşınmaz əmlak Əmlakın dəyərinin 100%-i mümkün deyil 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış
TuranBank ASC Orta həcmli istehlak kreditləri Daşınmaz əmlak Əmlakın dəyərinin maksimum 66%-i 3 ayadək mümkündür 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış

 

İkinci cədvəl ilə bağlı bəzi analyışlara açıqlama vermək istərdik:

Məbləğin əmlakın dəyərinə nisbəti – Bu göstəricini misal üzərində izah edək. Hesab edək ki, müraciət etdiyiniz Bankda bu göstərici 50%-dir və sizin Banka girov olaraq təqdim etdiyiniz əmlakın dəyəri 100 000 AZN kimi qiymətləndirilmişdir. Bu təqdirdə , Bankdan əldə edə biləcəyiniz maksimum kredit məbləği 50 000 AZN-ə bərabər ola bilər.

Güzəşt müddəti  – Bu imkanı təqdim edən Banklar, kredit əldə edən müştərilərə qeyd edilən müddətdə yalnız faiz ödənişlərini ödəmək üçün imkan yarada bilər. Əsas borc üzrə ödəniş güzəşt müddəti bitdiyi aydan sonrakı növbəti aydan başlanır.