9 C
Baku
Friday, December 13, 2024

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 4% azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi bu ilin aprel-may ayları ərzində 57 mln. avro və yaxud 2,2% azalaraq iyunun 1-nə 2,52 mlrd. avro təşkil edib.

Hazırda verilmiş borclarda özəl sektorun payı 51% olaraq qalır.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da dəyişməyib və 161-dir.

2 ay ərzində Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 40 mln. avro və yaxud 2,1% azalaraq 1,87 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 24 mln. avro və yaxud 3,9% azalaraq 592 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 39 mln. avro yaxud 4,5% azalaraq 873 mln. avroya düşüb.

Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində dəyişiklik yoxdur və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər