Səudiyyə Ərəbistanı üçün kritik əhəmiyyət daşıyan və ölkənin şərqini qərbi ilə birləşdirən neft kəmərinin fəaliyyəti cümə axşamı baş verən bir neçə hücumdan sonra ehtiyat tədbiri kimi dayandırılıb. Bloomberg bunu Səudiyyə Ərəbistanının Energetika Nazirliyinə istinadən yazır.
Sözügedən kəmər Hörmüz boğazından keçə bilməyən neft yükləri üçün alternativ ixrac marşrutu rolunu oynayır.
Hücumlar nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda fövqəladə xidmətlər kəmərin təhlükəsizliyini təmin etmək və onun vəziyyətini qiymətləndirmək üçün tədbirlər görürlər.
Yaxın Şərqdə hərbi qarşıdurmanın güclənməsi fonunda neft qiymətləri bu həftə kəskin yüksəlib. Brent markalı neft yenidən bir barel üçün 100 dollardan yuxarı ticarət olunur.







