7 C
Baku
Thursday, December 12, 2024

Amazon və Google səhmləri səhv nəticəsində 80% endi

Banker.az xəbər verir ki, Nasdaq fond birjası hazırda ABŞ-ın nəhəng texnoloji şirkətlərinin dəyəri haqqında düzgün olmayan məlumatın Google Finance, Yahoo Finance və Bloomberg ticarət platformasına necə daxil olduğunu və bununla da ictimaiyyət üçün əlçatan olduğunu araşdırdığını elan edib.

Səhv nəticəsində Amazon və Google şirkətinin ana şirkəti olan Alphabet-in səhmlərinin dəyəri 80% enib.

Nasdaq məsələyə aydınlıq gətirərək bildirib ki, onların xidməti düzgün olmayan test xarakterli məlumatları verib və sözügedən bu məlumatlar səhvən Bloomberg ticarət platformasına ötürülüb.

Bunun da nəticəsində nəhəng şirkətlərin səhmlərinin dəyəri enib və yaxud bir səhmə görə 123,47 dollar səviyyəsinə qalxıb. Xüsusi yüksək dəyişkənlikdən müdafiə mexanizmi sayəsində birjada hərrac avtomatik rejimdə dayandırılıb.

 

Son xəbərlər
Digər xəbərlər