10 C
Baku
Thursday, December 12, 2024

Mühasib/Xəzinədar — KredAqro

Vəzifəyə olan tələblər

  • Ali iqtisadi təhsil;
  • Eyni sahədə minimum 1 il iş təcrübəsi;
  • Orta səviyyədə Excel bilikləri. 

Əsas vəzifə və öhdəliklər:

  • Maliyyə Departamentinə ödəniş üçün daxil olmuş kredit sərəncamları və hesab fakturaların düzgünlüyünü yoxlayıb, müvafiq köçürmələr etmək;
  • Bank hesablarının qalıqları və aparılan əməliyyatları düzgün sənədləşdirmək, sığorta şirkəti ilə bağlı bütün əməliyyatları həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunu apararaq, onların filiallar arası hərəkətinə nəzarət etmək;
  • Gün ərzində aparılan əməliyyatların müxabirləşmələrini təşkilatın məlumat idarəetmə sistemində (MİS) vermək;
  • Filiallar tərəfindən MİS-ə daxil edilmiş müxabirləşmələri yoxlamaq;
  • MİS-də əməliyyat gününün bağlanmasına köməklik etmək;
  • Mühasibat uçotu ilə bağlı ona tapşırılmış işləri vaxtında, müfəssəl və səhvsiz yerinə yetirmək üçün yalnız yoxlanmış məlumatları MİS daxil etmək;
  • Təşkilata ödəniş üçün daxil olunmuş məlumatları yoxlamaq, bir-biri ilə müqayisə etmək və araşdırmaq;
  • Əməliyyatları, hesabları və daxil edilmiş məlumatları qəbul edilmış qaydaya əsasən planlaşdırmaq;
  • Pul köçürmə əməliyyatlarını, vəsaitin ödənilməsi, geri qaytarılması və bir sıra sövdələşmə işlərini həyata keçirmək;
  • Mühasibatlığa aid olan faylları vaxtında və tam şəkildə yığıb saxlamaq;
  • Əmək haqqlarını hesablamaq;
  • Kassa əməliyatlarını aparmaq.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər